"Breaking Bad" serialında narkobaron rolu ilə daha çox tanınan amerikalı aktyor Mark Marqolis 84 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu haqda onun oğlu məlumat yayıb. O bildirib ki, Morqan səhhətindən şikayətləndikdən sonra onu xəstəxanaya aparıblar. Nyu-Yorkdakı xəstəxanada ulduzun ürəyi dayanıb.
Xatırladaq ki, “Breaking Bad” filmindəki roluna görə aktyor "Emmi" də daxil olmaqla bir neçə mükafata namizəd olub. Rejissor Darren Aronofski “Fəvvarə” filmində Avila atası rolunu xüsusi olaraq Mark üçün yazıb.