Seray məşhur musiqiçi ilə sevgilidir

Seray məşhur musiqiçi ilə sevgilidir
3119 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Seray Kayanın sevgilisinin kimliyi ortaya çıxıb.

Axşam.az xəbər verir ki, Berk Oktayla baş rolu paylaşdığı “Bir Küçük Günışığı” serialında oynadığı rolla böyük maraq toplayan Kaya sosial şəbəkədəki səhifəsində sevgilisinin onun səsini məşhur aparıcı Zahide Yetişəyə bənzətdiyini açıqlayıb.

Aktrisa “Bu gün sevgilim mənim səsimi Zahide Yetişlə müqayisə etdi. Düşünürəm ki, o, istidən huşunu itirir. Ancaq dinləməsi yaxşıdır” sözlərini yazıb.

Pərəstişkarları sənətçinin sevgilisini tapmaq üçün onun bütün paylaşımlarını axtarmağa başlayıblar. Məlum olub ki, məşhur aktrisa musiqiçi Mert Demirlə eşq yaşayır. Dəmir keçən il Mabel Matiz ilə birlikdə oxuduğu "Antidepressant" mahnısı ilə məşhurlaşıb.