Sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alan aktyor Uğur Uzunelin yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "İki yabancı" serialında rol alacaq. O, ekran işində Handenin qardaşı "Tahir" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Hande Erçellə Burak Dəniz canlandıracaq.