Türkiyəli aktyor Kaan Yıldırım həmkarı Pınar Dənizlə evlənəcəyi haqda xəbərləri təsdiqləyib.
Axşam.az xəbər verir ki, aktyor nişan üzüyünün göründüyü əl-ələ olan fotolarını sosial şəbəkədə paylaşaraq bunları yazıb:
"Sənin mənə nəsib olman şəxsi həyatımın ən əvəzolunmaz tərəfidir".
Qeyd edək ki, ötən ildən münasibətdə olan ikilinin bir müddət əvvəl birgə yaşadığı, Kaanın Ulusda yerləşən evində təmir işlərinə başladığı billdirilmişdi.
