Özündən 40 yaş kiçik qızla eşq yaşayır

Özündən 40 yaş kiçik qızla eşq yaşayır
2488 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Qriqori Leps həyat yoldaşından boşandıqdan sonra özünə yeni sevgili tapıb.

Axşam.az xəbər verir ki, 61 yaşlı müğənni hazırda adını açıqlamadığı 20 yaşlı qızla münasibətdə olduğunu bildirib.

"Bir sevgilim var, ona sadiqəm. O, nə qədər gəncdir? Təxminən 40 yaş məndən cavandır. Onun nə etdiyi məni, mənim isə nə etdiyim onu maraqlandırmır. Biz azad insanlarıq" deyə, Leps bildirib. 

Leps keçmiş həyat yoldaşı Anna Şaplıkova ilə mütəmadi olaraq ünsiyyət qurduğunu da qeyd edib:

“Mənim kifayət qədər sərt həyat yoldaşım var, mən hələ də onu ailə hesab edirəm, gündəlik ünsiyyətdə oluruq”.

Bir müddət əvvəl Qriqori Leps 20 illik evliliyindən sonra ayrıldığı həyat yoldaşı Anna Şaplıkovadan boşanması barədə açıq danışıb. Müğənninin sözlərinə görə, boşanmada günahkar özüdür və bu vəziyyətə görə peşmandır.

"Geri istəməyəcəyəm. Birincisi, məni qəbul etməyəcəklər. İkincisi, buna görə özümü heç vaxt bağışlamayacağam. Əziz və sadiq bir insana xəyanət etdiyim üçün boşanmaq qaçılmaz idi. Boşanmağımız isə faciədir" deyə, ifaçı əlavə edib.

Qriqori Leps və Anna Şaplıkovanın boşanması 2021-ci ilin dekabrında məlum olub. Onlar bildirdilər ki, dost olaraq qalırlar və mülkü bölüşmək, ictimai qaydada məsələni həll etmək və uşaqlarla bağlı məsələlərdə münaqişə etmək fikrində deyillər.

Anna Şaplykova ilə evlilik Qriqori Leps üçün ikinci oldu. 2000-ci ildə Laima Vaikulenin ad günündə tanış oldular - o zaman Anna Vaikule şousu baletində rəqqasə idi. Onların tanışlığı zamanı Şaplıkovanın 29, müğənninin 39 yaşı var idi. Evlilikdə üç uşaq dünyaya gəldi: qızları Eva və Nikol və oğlu İvan. Qriqori Lepsin Svetlana Dubinskaya ilə ilk evliliyindən 36 yaşlı İnqa adlı böyük qızı da var. Keçən il Qriqori Leps ilk dəfə baba oldu: onun böyük qızı İnqa bir oğul doğdu.