Rejissor Qreta Qerviqin çəkdiyi "Barbi" filmi qısa zaman ərzində rekord məbləğdə gəlir əldə edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 3 həftə içində dünyadakı nümayişinə görə ekran işi 1 milyard dollar gəlir qazanıb. Bununlada Qreta dünyada bu qədər qısa vaxtda belə yüksək məbləğ qazanan ilk qadın rejissor olub.
Qeyd edək ki, ekran işi bundan əvvəl bir neçə günə 155 milyon dollar gəlir qazanmışdı. Bundan əvvəl isə rekord rejissorlar Anna Boden və Rayan Flekin çəkdiyi “Kapitan Marvel” filminə aid idi. Ekran işi 153 milyon dollar gəlir əldə etmişdi.
Ekran işində baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb.