Məşhur kanadalı reper Tori Lanez həbs olunub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı keçmiş müğənni sevgilisi Meqan Thi Stalliona ayağından odlu silahla atəş açdığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Los-Anceles əyalətinin Ali Məhkəməsi musiqiçini yarımavtomat silahla basqın etməkdə, avtomobildə qanunsuz silah saxlamaqda və ondan istifadə etməkdə təqsirli bilib.
Qeyd edək ki, polis 2021-ci ilin yayında Tori Lanezi avtomobilindən tapılan silaha görə saxlayıb. Hollivudda baş verən hadisə zamanı Meqan Thi Stallion qan içində çılpaq vəziyyətdə olub. O, ayağından güllə yarası aldığını bildirib.