Türkiyəli aktrisa Birce Akalay uzun zamandan sonra ekranlara geri qayıdır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu barədə məlumatı "Magarsus" filminin qala gecəsində verib. O, sentyabrda yeni serialının çəkilişlərinə start veriləcəyini deyib. Akalay layihənin təfərrüatları barədə danışmayıb.
Qeyd edək ki, aktrisa televiziyada sonuncu dəfə "Babil" serialında rol alıb.