Harri rəsmi olaraq titulundan məhrum edildi

Harri rəsmi olaraq titulundan məhrum edildi
1660 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harrinin titulu Kral ailəsinin rəsmi internet saytından silinib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, indi Kraliça II Yelizavetanın nəvəsi "Əlahəzrət" deyil, hersoqdur.

Harri və aktrisa həyat yoldaşı Meqan Marklın adları səhifənin aşağısına köçürülüb. İndi onların adları rüsvay olmuş Şahzadə Endryudan əvvəldə yerləşir.

Qeyd edək ki, bir neçə gün əvvəl Harri və xanımının II Elizabetin ölümünün ildönümü ilə bağlı tədbirlərə dəvət olunmadığı ortaya çıxmışdı.