Uzun müddətdən sonra ekranlara qayıtmağı planlaşdıran aktrisa Özgü Namal Özcan Dənizlə eyni serialda rol alacaq.
Axşam.az xəbər verir ki, onlar birlikdə "Kızıl goncalar" serialında çəkiləcəklər. Bu dəfə isə serialın rejissorunun adı açıqlanıb.
Faruk Turgutun imza atacağı serialın ssenarisini Necati Şahin yazıb. FOX TV-də efirə gedəcək ekran işinin rejissoru Ömür Atay olacaq.
Qeyd edək ki, Özcan son olaraq "Seni çok bekledim" serialında rol alıb.