"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, 2022-ci ildən tvitterə (X) rəhbərlik edən İlon Mask "Meta" şirkətinin rəhbəri Mark Zukerberqlə qəfəs döyüşünün harada keçiriləcəyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə Mask sosial şəbəkədə məlumat yayıb:
"Kamera çərçivəsindəki hər şey qədim Romadakı kimi olacaq, ona görə də müasir heç nə yoxdur. Mən İtaliyanın baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəliblər".
Mask döyüşün X və feysbuk platformasında yayımlanacağını qeyd edib.