Musiqili Teatr Sankt-Peterburqa gedir

Musiqili Teatr Sankt-Peterburqa gedir
424 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları avqustun 20-dən 25-dək Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilmiş Sankt-Peterburq şəhərində “Akademik İncəsənət Birliyi” festival-simpoziumunda iştirak edəcəklər.

Axşam.az xəbər verir ki, bu haqda teardan məlumat yayılıb. Bildirilib ki, tədbir çərçivəsində “Akademik incəsənət birliyi: tarix və müasirlik” beynəlxalq forumunda sənət ocağının beynəlxalq layihələr rəhbəri Rəcəb Məmmədov "Azərbaycan musiqili teatrının milli ənənələri" mövzusunda məruzə ilə çıxış edəcək.

Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçiriləcək yekun qala-konsertində isə Musiqili Teatrın gənc solisti, Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülmüş Emin Zeynallı səhnəyə çıxacaq.

MDB ölkələrinin mədəniyyət, incəsənət, siyasət və biznes sahələrini təmsil edən ekspertlərinin də dəvət olunduğu bu mötəbər tədbirin əsas məqsədi Birlik ölkələrinin mədəniyyət xadimləri arasında uzunmüddətli yaradıcılıq əlaqələrinin və əməkdaşlığın qurulmasına şərait yaratmaqdır.