“Otelloya xəyanət” nümayiş olunacaq

“Otelloya xəyanət” nümayiş olunacaq
364 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 22-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı kollektivi tərəfindən Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Otelloya xəyanət” tamaşası növbəti dəfə teatrsevərlərə təqdim olunacaq.

Axşam.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulya Türkkandır.

Səhnə əsərində Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Əməkdar artistlər Salman Bayramov, Natavan Hacıyeva, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova, Rüfət Əliyev, Ruslan Pavlov, İoanna Ferştandt, Səbinə Asim, Cəhər Abdullayev, Tamerlan Abdullayev, Səma Vəliyeva, Samirə Rüstəmova və Dilarə Nəzərova iştirak edirlər.