Xuraman Şuşalı Həccə gedir (Foto)

Xuraman Şuşalı Həccə gedir (Foto)
6523 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı hicab taxmaq qərarına gəlib.

Axşam.az saytına açıqlamasında Xuraman bildirib ki, artıq içki olan məclislərdə çıxış etməyəcək:

“Yalnız içki olmayan və qadınların iştirak etdiyi məclislərə gedəcəyəm. Özüm üçün xanımlardan ibarət dəstə düzəltmişəm. Şou-proqrama, dəbdəbəli toy məclislərinə yox deyəcəm. Bununla belə, sənətimi davam etdirməyi düşünürəm. Yalnız bəzi təkliflərə məhdudiyyət qoymuşam. Hətta yaxın günlərdə Həcc ziyarətinə də getməyi planlaşdırıram”.