Xalq artisti Aygün Kazımova növbəti işbirliyinə müğənni Ramalla başlayacaq. Axşam.az-ın məlumatına görə, cütlük yaxın günlərdə duet oxuyacaq.
Müğənnilərin birlikdə hazırladığı layihə yalnız duetdən ibarət deyil. Eyni zamanda Aygün Ramalın onun üçün bəstələdiyi mahnılardan ibarət disk də çıxaracaq.
Müğənni ifa edəcəyi mahnıları artıq seçib və tezliklə səsyazma işlərinə start verəcək.
Cütlüyün ilk duetinin Novruz Bayramı ərəfəsində təqdim olunacağı gözlənilir.