“İşçiyə maaş verməliyəm” - Reytinq qalmaqalı

“İşçiyə maaş verməliyəm” - Reytinq qalmaqalı
6010 dəfə oxunub
  • A-
  • A
  • A+

“Toy və sənaye üst-üstə düşmür. Bütün dünyada hamısı kiminsə kafesində oxuyub. İnsan məcburdu yemək yeyən qarşısında çıxış etsin. Hamı reytinqlə bağlı irad bildirir. Bəs necə hesablayaq?”.

Axşam.az xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda çıxışında deyib. O, telekanalların reytinqə görə bayağı verilişlər hazırlamasını tənqid edənlərə cavab verib:

“Televiziya kanalı bizdən pul tələb edir. Pul götürmürük, şərait yaradırıq. Azərbaycan Dövlət Televiziyasının, İctimai TV-də layihələr yayımlanır. Bu yaxınlarda İTV-nin rəhbəri Balaş müəllimə zənd etdim ki, filan veriliş çox gözəldir. Deyir 3 ildir gedir, amma reytinqdə yoxdur. Kanalın iqtisadi durumunu xaricdə yaşayan böyük reklam şirkəti bilmir. Onlar anlamır Azərbaycanda bu ifaçı kimdir. Adam reytinqə baxır və deyir buna reklam verim. Mən telekanal rəhbərliyinə gələndə pandemiya başladı. Eyni zamanda müharibə ərəfəsi idi və əyləncə yox idi. Reklamvericilər reklam vermədi. Düzdür, biz maarifləndirməliyik. Amma işçi maaş almalıdır. İşçiyə deyə bilmərəm ki, verilişə sosial şəbəkədə tərif yazdılar, gedin onunla bazarlıq edin. Savadımız bəlamızdır. Bizim rus, ingilis və türk dilli tamaşaçımız var. Reytinq göstəricini mən yox, siz edirsiniz. Təklif verin. Bu, ciddi bir bəladır. Efirdə gedən verilişlər mənim intellektual səviyyəm deyil. Mənim əlimdə olsa, daha maraqlı işlər görürük”.

Zəhra Əhmədova