Rəqqasə Fatimə Azərbaycan Dövlət Musiqili komediya teatrının üzvü "Təbəssüm" rəqs qrupu ilə böyük layihə üzərində çalışır.
Axşam.az-a açıqlamasında rəqqasə layihə ilə bağlı bunları deyib:
"Bir neçə müddətdir ki, "Təbəssüm" rəqs qrupunun rəqs çalışmaları ilə məşğulam. Biz davamlı işləmək barədə razılaşmışıq. Layihənin ilk mərhələsində Novruz Bayramına uyğun rəqs nümunəsi göstəriləcək".