"Depressiyanın, intiharların səbəbi ümidsizlikdir. Hazırda insanların yaşam tərzi çətinləşir. Bu da onları sabaha ümidsizliyə və intihara sürükləyir. Yaşı az olanlarda isə sevgisizlik, qarşılıqsız, natamam sevgi depressiyaya gətirib çıxarır".
Bu sözləri Axşam.az-a açıqlamasında ekstrasens Aqil Məhərrəmov deyib. O, son günlər yayılan intiharlardan danışıb. Aqil bildirib ki, insanlar psixoloq yanına getməyə çəkinirlər:
"İndi "Yaşam koç"ları çıxıb. İnsanlara məsləhət görərdim ki, ondansa psixoloqa getsinlər. "Yaşam koçu" bir növ ekstrasensliyə yaxındır, sadəcə yeni ad qoyulub. Bu, sadəcə biznesdir".
Aura çirklənməsindən danışan Aqil insanlara məsləhətlər verib:
"Aura çirklənməsi cadu, göz-nəzər, ətrafında pessimist insanların olmasından yaranır. Cadusu olan insanlarda aura çirklənir, çakralar bağlanır. Çakra zədələndikdə depressiya, xəstəliklər yaranır. İnsanlar çakraları təmizləmək üçün ekstrasenslərə, mütəxəssislərə müraciət etməlidir. Yox, əgər özləri müvəqqəti yoluna qoymaq istəyirsə, meditasiya etməlidir. Yoqa etmək, meşədə, dəniz kənarında gəzmək çakraları açır. Ən çox da daim yoqa etmək çakraları təmizləyir. Bizdə insanlar tənbəldir, davamlı yoqaya getmirlər. Buna görə də ekstrasenslərə müraciət edir, birtəfəlik problemdən xilas olurlar.
Təmizlənməyən cadu yoxdur. Əgər cadu yeni edilibsə, təmizləmək asan olur. Gecikəndə isə çətinləşir. İnsanların dənizə qıfıl atması hələ də var. Qan və vudu caduları ən gec təmizlənən cadudur. Vudu cadusunu Azərbaycanda edən yoxdur. Bunu gəlinciklə edirlər və üstünə iynələr yapışdırırlar".
Aqil son vaxtlar sosial şəbəkədə aktual olan rituallardan da söz açıb:
"Qırmızı lent bağlayır, şam yandırırlar. Mənim anlamımda belə şey yoxdur. Qırmızı sapı heç nəsiz, ritualsız bağladın nə oldu? Şamı yandırdın nə baş verdi? Ekstrasens yaşadığı müddətdə bildiyini kiməsə göstərməz. Ritualı verirlər, amma onun necə edilməsini gizlədirlər. Rusiyada yaşayıram, bir ekstrasens kitab çıxarıb, dualar, rituallar yazıb. Amma demir ki, bunu əslində necə etməlisiniz. Kimsə sirrini verməz. Caduların da günü, zamanı var. Gecə 3-də edilən, gündüz edilməyən işlər var. Qadın və kişi günləri var. Nəsə ritual edəndən sonra özünü qorumalısan. Bunu heç kim bilmir. İnsanlar bilmir ki, nəsə dua edəndə pəncərə açıq olmalıdır, dua çıxıb gedib ünvanına çatsın.
Çalışın dəniz duzu ilə vanna qəbul edin. Ya da duzlu su düzəldib başınızdan tökün. Paltarlarınızı yuyanda maşına bir az dəniz duzu atın. Pozitiv insanları ətrafınıza toplayın".
Tel.: (994) 55 223 66 13
Rusiya: +79601374639
İnstaqram: @ekstrasens_agil_magarramov