Çexiyanı "Avroviziya"da o təmsil edəcək

Çexiyanı "Avroviziya"da o təmsil edəcək
353 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"də iştirak edəcək daha bir iştirakçının adı açıqlanıb.

Axşam.az xəbər verir ki, Çexiya ölkəsini beynəlxalq yarışmada Aiko adlı müğənninin təmsil edəcəyini elan edib. Aiko "Pedestal" adlı mahnı oxuyacaq.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. 

Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparırı. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.