Sosial mediadan fəal istifadə edən müğənni Rihanna anası haqqında danışıb.
Axşam.az-ın məlumatına görə, anası sosial şəbəkədə yarıçılpaq şəkillərini paylaşdığı üçün müğənnini danlayıb.
"Elle" jurnalına açıqlama verən pop-ulduz bunları deyib:
"Həyatda anamdan qorxduğum qədər heç kimdən qorxmuram. İnstaqrama qoyduğum şəkillərdən sora məni danladı. "Niyə özəl şəkillərini hər kəslə paylaşırsan?" deyə hirsləndi. Şəxsi həyatım barəsində danışmağımı da istəmir, amma mən bunu bacarmıram".
İlahə Cəbrayılova