Esmira Babayeva vəfat etdi

Esmira Babayeva vəfat etdi
8014 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat yayıb. O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

Esmira Babayeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.