“Düyməcik” yenidən nümayiş olunacaq

“Düyməcik” yenidən nümayiş olunacaq
499 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 23-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir səhnə işini balaca teatrsevərlərə təqdim edəcək.

Axşam.az xəbər verir ki, kuklaçılar tərəfindən bu dəfə uşaqların sevimli yazıçısı, məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılı nümayiş olunacaq.

Musiqili nağıl-tamaşada rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova, Yasin Abbasov və Ramiz Qəmbərov canlandıracaq.

Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub.

Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.

Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb.

Müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.