Xumar Ramiz Rövşənin sözlərinə mahnı oxudu - Video

Xumar Ramiz Rövşənin sözlərinə mahnı oxudu - Video
2130 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Xumar Qədimova sözləri Xalq şairi Ramiz Rövşənə, musiqisi özünə məxsus olan "Yavaş-yavaş sevdim səni" adlı mahnı və ona çəkilən klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnı ilk dinləmədən heyrət yaradır - musiqi, söz, ritm, ifa tandemi mükəmməlliyi ilə Xumar Qədimova özəlliyini qoruyub saxlayıb. Eyni zamanda nəğmədə dinləyicini ovsunlayan “Şeyx”in özünəməxsus səsi var ki, Xumar onun kimliyini hələlik açıqlamır. Mahnı müğənninin rəsmi “Youtube” kanalına yerləşdirilib.

Klipin ideyası X.Qədimovanın özünə məxsusdur. Əməkdar artist ətrafına əziz insanları toplayıb, kamp təşkil edilib və bu ekrana köçürülüb.