Dünən klubların birində “Klan-A-Plan” qurupunun mərhum üzvü müğənni, bəstəkar və aranjımançı Rüfət Əfəndiyevin (Ryder) ad günü münasibəti ilə xatirə gecəsi keçirilib.
Mərhum reperin xatirə gecəsinə müğənnilərdən Roza Zərgərli, Yaşar, Cəmil Məmmədli, reperlər Qurd və Uran, teleaparıcılar Cavid Gül, Şəhriyar Əbilov və Rüfətin yaxın dostları da qatılıblar.
Gecədə iştirak edən müğənnilər Rüfətin bəstələdiyi və aranjıman etdiyi mahnıları səsləndiriblər. Mərhumun ifa etdiyi mahnılar da bir daha dostları üçün səsləndirilib.
Rüfətin doğum günü münasibəti ilə xatirə gecəsini təşkil edən “Klan-A-Plan”ın keçmiş üzvü Ramin Nabran dostu haqqında fikirlərini də bizmlə bölüşüb:
“Rüfət haqqında danışmaq mənə şox çətindir. Rüfət çox isdedadlı idi. Hələ 26 yaşındaydı, çox arzuları vardı... O, ürək xəstəliyindən əziyyət çıkirdi və həkimlərin laqeydliyi ucbatından 2010-cu ildə dünyasını dəyişdi. Rüfət əsl vətənpərvər bir insan idi. Biz “Klan-A-Plan” qrupunu 2005-ci ildə yaratdıq, amma Rüfət qısa bir müddət ərzində gənclər arasında çox tanındı, populyarlıq və hörmət qazandı. O, çox məhsuldar musiqiçi idi. Rüfət gözəl dost və şəxsiyyət idi. Heç vaxt onu unutmayacağıq, o, həmişə qəlbimizdə yaşayacaq”.
Qeyd edək ki, ziyalı ailəsində böyüyən Rufat Əfəndiyev Bakı Türk Liseyinin və Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olub. Gözlənilməz ölümdən sonra Rüfətin valideynləri onun həkimlərini məsuliyyətsizlikdə ittiham ediblər.
Xatırladaq ki, Rüfət səsyazma studiyasından çıxıb Milli Parkda dostu ilə birlikdə gəzərkən vəfat edib.
qafqazinfo.az