Türkiyə musiqisinin divası adlandırılan Bülənt Ərsoy geyimi ilə yenə fərqli tərzini nümayiş etdirib.
Axşam.az-ın "Hürriyət"ə istinadən verdiyi məlumata görə, tədbirlərin birinə qatılan müğənni geyindiyi kürk, papaq və eynəklə diqqət çəkib.
Onu tənqid edən heyvansevərlər üçün isə müğənni bunları deyib:
"Bu üstümdəki də yenot kürküdür. Yenə həqiqi bir kürk sifariş vermişəm. Kim nə deyir desin, mən şık geyinməyi sevirəm".
İlahə Cəbrayılova