Nura keçmiş həyat yoldaşına bənzəyən aktyoru klipinə çəkdi - Video

Nura keçmiş həyat yoldaşına bənzəyən aktyoru klipinə çəkdi - Video
2329 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri "Sevgimiz dənizdir" adlı mahnısına klip çəkdirib.

Axşam.az xəbər verir ki, ifaçının tərəf müqabili aktyor Rüfət Nəzərli olub. Jurnalistlərin suallarını cavablandıran Nura bildirib ki, klip çəkilişi bir günə edilib: 


"Bütün çətinliyimiz məkanın soyuq olmasıydı. Küçə daha isti idi. Çəkilişi ticarət mərkəzlərindən birində aparılıb. Həmin yeri biz təmizlədik”.

Nura Azərbaycanda çəkiliş üçün məkan tapmağın çətinliyindən danışıb:


“Müğənnilər buna görə restoranda stolun üstünə şam düzüb klip çəkdirirlər. Bizdə məkan tapmaq çətindir. Mədəniyyət Nazirliyinə müraciət edəndə aylarla cavab gözləyirsən. Hansısa məkan üçün isə nə qədər pul istəyirlər”.



İfaçı R.Nəzərlini klipə çəkməsi suallarına “Yaşımız bir-birimizə uyğundur. Rüfət görünüşcə birinci həyat yoldaşıma oxşayır. Məni kim birinci həyat yoldaşımla birgə görürdü, deyirdilər ki, siz Hollivudun ulduz cütlüyünə bənzəyirsiniz” cavabını verib.

Bəstənin müəllifi Saybu, klipin rejissoru Xəyal Səlimovdur.