İkinci övladı dünyaya gələn Elnur açıqlama yaydı

İkinci övladı dünyaya gələn Elnur açıqlama yaydı
5493 dəfə oxunub
  • A-
  • A
  • A+

"Övladım olmaq münasibətiylə hamı məni təbrik etdi. Vaxt tapıb təşəkkür edə bilmədim. Çünki hələ də təbrik alıram".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov deyib. İkinci övladı dünyaya gələn sənətçi ünvanına deyilən təbriklərə cavab verib. Videoaçıqlama yayan Elnur sevincini belə bölüşüb:

"Allah hər birinizdən razı olsun. Arzusunda olanlara Allah nəsib etsin. Allah hər bir evə övlad bəxş etsin. Sağlam, vətəninə, dövlətinə yararlı övlad olsunlar. Tək istəyim budur". 

Qeyd edək ki, ifaçının İman və Muhamməd adlı iki övladı var.