Azərbaycanlı müğənni hansı aparıcıya elçi düşdü? (Fotolar)

Azərbaycanlı müğənni hansı aparıcıya elçi düşdü? (Fotolar)
3242 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq dünən 106.3 FM-in aparıcısı Elviraya elçi düşüb.

Radionun əməkdaşı Raqif Raufoğlunun Axşam.az-a verdiyi məlumata görə, restoranların birində baş tutan mərasim bayram çəkilişləri ilə əlaqədar olub:

“Novruz Bayramı ilə əlaqədar 106.3-ün kollektivi ssenari hazırlayıb. Əsas qəhrəmanlar radio kollektivi və müğənnilərdir. Müğənnilər burada retro mahnılar ifa edəcəklər. Məqsədimiz isə nostalji ab-hava yaratmaqdır. Ssenariya görə, gəlin Elvira, bəy müğənni Zamiqdir. Burada biz Elviragilə elçiliyə gedirik. Ssenaridə müğənnilər Rəhim Rəhimli, Günay İbrahimli də rol alıb. Tamaşaçılar hadisələrin gedişatını bayram ərəfəsində yayımlanacaq verilişimizdə izləyə bilərlər”.

Çəkilişdən özəl şəkilləri təqdim edirik.

Foto: Rəşad ABBASOV