Nazirlikdə TikTok nümayəndə heyəti ilə görüş olub

Nazirlikdə TikTok nümayəndə heyəti ilə görüş olub
824 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifovanın iştirakı ilə TikTok videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

Axşam.az xəbər verir ki, görüşdə TikTok platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live”ın baş direktorunun müavinləri Junjiao Bay, Junqing Vu və digər qonaqlar iştirak ediblər.

Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokDanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Həmçinin nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün TikTok tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.

Xatırladaq ki, 21 fevral – 21 aprel tarixlərini əhatə edən #TikTokdanÖyrən layihəsinin məqsədi mədəniyyət müəssisələri tərəfindən yaradıcı videoların paylaşılması ilə bu müəssisələrə TikTok platforması vasitəsilə daha çox ziyarətçinin cəlb edilməsidir. Bu günədək müsabiqəyə 6 muzey, 1 kitabxana, 13 teatr qoşulub.