Xalq artisti Zülfiyyə Xanbabayeva bu dəfə müğənni Zamiq Hüseynovla duet oxuyub.
Axşam.az xəbər verir ki, onlar birlikdə "Sənlə mən" adlı mahnı üçün kamera qarşısına keçib. Bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir.
Klipin ekran həlli rejissor Emin Muradov və Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub.
Xanbabayeva və Hüseynov klipdə iki sevən şəxsin həsrət dolu sevgisini əks etdirib.