Müğənni Dilarə Kazımova yeni mahnısını və klipini təqdim edib.
Axşam.az xəbər verir ki, ifaçı söz və musiqisi Fidan Alivaya məxsus “Zəng-zəng” mahnısı üçün kamera qarşısına keçib. Klipin rejissorluğunu Dilarə özü edib. Dilarə klipdə iki fərqli obraz yaradıb.
"Mahnı ətrafımızda boş və yalan vədlər verən insanlardan bəhs edir. Həmin insanlar ki, zəng edib qarşı tərəfə bir çox sözlər və vədlər verir, amma axırda bir şey çıxmır. Bir sözlə, bu mahnıda əsas hədəf puç insanlardır" deyə, Kazımova bildirib.
İfaçı ekran işinin mobil telefonla çəkdiyini vurğulayıb.