Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır
7047 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır.

Axşam.az xəbər verir ki, ASAN Radionun bazasında qurulacaq  ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq. Məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2015-ci ilin dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman video məzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.