Bayram günü geomaqnit qasırğası ola bilər

Bayram günü geomaqnit qasırğası ola bilər
261 dəfə oxunub
  • A-
  • A
  • A+

18-24 mart tarixlərinə olan kosmik hava proqnozu açıqlanıb.

Axşam.az xəbər verir ki, bu haqda Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, hesabat dövründə Günəş fəallığı orta səviyyədə olub.

Proqnoz günlərində Günəş küləyinin sürətinin martın 17-si baş vermiş Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə 20 mart tarixinə artacağı gözlənilir.

17 martda qeydə alınmış TKA-nın təsiri ilə 20 martda G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var. Həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin martın 24-ü Yerə təsiri gözlənilir.