İftar süfrəsi üçün reseptlər

İftar süfrəsi üçün reseptlər
1008 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir.

Ət salatı

Ərzaq:
Dana əti – 300 qr.
Soğan – 1 ədəd
Sarımsaq – 3 diş
Dəfnə yarpağı – 1 ədəd
Kəvər – 1 dəstə
Kök – 2 ədəd
Qırmızı bibər – 1 ədəd
Zeytun – 2 ədəd

Sous üçün:
Xardal – 1 x.q.
Qatıq – 250 qr.
Doğranmış yaşıl soğan və sarımsaq qatışığı – 1 x.q.
Duz, qırmızı istiot zövqə görə

Hazırlanması:
Ətə 4 stəkan su töküb qaynadın. Bir az qaynadıqdan sonra üzərinə xırda doğranmış soğan, sarımsaq, dəfnə yarpağı, kəvər və kökü əlavə edin. Ət bişəndən sonra onu sudan çıxardıb, soyudun. Soyumuş ətləri didin. Sousu hazırlayıb, ətlərin üstünə əlavə edin.  

Kartof küftəsi

Ərzaq:
Kartof – 4 ədəd
Yumurta sarısı – 2 ədəd
Un – 2 x.q.
Ovulmuş ağ pendir – 100 qr.
Hind qozu – 1 x.q.
Duz, qara istiot – 1 ç.q.

Qızartmaq üçün:
Yumurta – 3 ədəd
Suxarı unu – 1 stəkan
Un – 3 x.q.
Günəbaxan yağı – 1 stəkan

Hazırlanması:
Kartofları duzlu suda qaynadın. Bişdikdən sonra soyuq suda bir az saxlayıb, qabığını təmizləyib, püre edin. Üzərinə pendiri, hind qozunu, yumurta sarısını, duzu və qara istiotu töküb, qarışdırın. Orta həcmli küftələr düzəldib, əvvəlcə una, yumurtaya, sonra isə suxarıya batırıb, yağda qızardın. Süfrəyə isti halda verilir.

Çizkeyk

Ərzaq:
Peçenye – 300 qr.
Kərə yağı – 150 qr.

İç üçün:
Maskarpone pendiri – 500 qr.
Qaymaq – 200 qr.
Şəkər tozu – 150 qr.
Jelatin – 20 qr.

Hazırlanması:
Jelatini 100 ml. soyuq suya töküb, bir saat saxlayın. Peçenyeləri blenderdə əzib, üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırıb, dərin qaba yayın. Kənarda jelatini vam odda qaynayana qədər saxlayın. Qaymağa şəkər tozu töküb, mikserlə möhkəm çalın. Üzərinə maskarpone pendirini əlavə edib qarışdırın. Sonra ilıq halda olan jelatini tökün. Qarışığı peçenyenin üstünə əlavə edib, 3-4 saat soyuducuda saxladıqdan sonra süfrəyə verin. Süfrəyə verərkən üzərinə istədiyiniz meyvə dilimləri yerləşdirə bilərsiniz.