"Fatimə mənim üçün düşmən ola bilməz"

"Fatimə mənim üçün düşmən ola bilməz"
2532 dəfə oxunub
  • A-
  • A
  • A+

Şair Nazilə Səfərli "Rəngarəng səhər" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı ona müğənni Vəfa Şərifova ilə rəqqasə Fatimə Fətəliyevanın fotosu göstərilib və “Maddi sıxıntınız olarsa, hansına ağız açarsınız” sualı verilib. Nazilə isə cavab olaraq bunları deyib:

"Allah məni nəinki onlara, heç kimə möhtac qoymasın. Yemək üçün pulum olmasa, ölərəm heç kim bilməz. Amma, övladlarıma bir şey lazım olarsa, düşmən qapısına da gedərəm. Fatimə mənim üçün düşmən ola bilməz. Fatimə elə də təhlükəli adam deyil, sadəcə bir səhvdir edib. Mən ona möhlət verdim ki, vaxtında üzr istəsin, yoxsa Fatimə qorxulu adam deyil. Nə olsun ki, danışmıram. Məcbur qalsam, hamıya ağız açaram".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Qərara əsasən Fatimə 50 min yox, 500 manat təzminat ödəməlidir. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.