“Kontakt”ın Ramazan təklifləri başlayır - 50%-dək endirimləri “Bayram edək”!

“Kontakt”ın Ramazan təklifləri başlayır - 50%-dək endirimləri “Bayram edək”!
480 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kontakt” mağazalar şəbəkəsi bu dəfə alıcılarının qarşısına fürsətlərlə dolu Ramazan kampaniyası ilə çıxır. Martın 27-dən start götürən “Bayram edək” kampaniyasının sərfəli və əlçatan şərtləri istisnasız bütün ürəkləri fəth edəcək.

Burada elektronik avadanlıqlardan tutmuş zərif ev dekorasiyasına qədər hər şeyi nağd alış zamanı tam 50%-dək endirimlərlə tapa biləcəksiniz.  Şəbəkə bütün alıcılarının maraqlarını düşünərək smartfon, notbuk, smart saat və qulaqlıqlar arzulayanlara 18 ay, televizor, məişət texnikası, ev tekstili və mebel almaq istəyənlərə 24 ay faizsiz, komissiyasız və ən əsası ilkin ödənişsiz şərtlər təklif edir.

Yalnız və yalnız aprelin 14-dək qüvvədə olacaq Ramazan təkliflərində nələr var?

- 36 saatadək işləmə müddətinə malik Blackview Airbuds 4 qulaqlığı sadiq yoldaş olmağa ən ideal namizəddir. İndi 50 yox, 25 manata bu məhsulu əldə etmək imkanı bir də ələ düşməyə bilər.

- 2200 Vt gücə və 1,7 Lt həcmə malik Gorenje elektrikli çaydan bayram günlərində qonaqlama zamanı işinizə çox yaracayaq. Bu parametrlər, özü də bu qiymətə: 50 yox, tam yarı qiymətinə 25 manata.

- Bayram, istirahət günləri demədən telefondan ayrıla bilməyən yoldaşlar bu bəndi diqqətlə oxusun. Çünki 256 Gb-lıq Samsung Galaxy A25 smartfonu xüsusi təkliflə 35 manata əsl göydəndüşmə fürsətdir.

- Həyatımızı asanlaşdıran ən uğurlu texnoloji kəşflərdən xanımların ən sevdiyi hansı ola bilər? Əllərin və zamanın qayğısına qalan paltaryuyanlar. Həm də çox həcm qəbul edə bilən, smart toxunuşlu, uşaqdan müdafiə mexanizmli... Bütün bunları özündə birləşdirən LG paltaryuyanının rahatlığını ayda 59 manat ödəməklə dadmaq imkanınız var.

- Bayram günlərində eyni masa başında birləşməyin sevinci bir başqadır. Bu sevincinizə şərik olmaq istəyən var: Oliver qonaq masası. Tam laminatdan hazırlanmış bu sadə və eleqant masa indi ayda sadəcə 10 manata evinizin ən sevimli guşəsində ola bilər.

Beləliklə, hər zövq və hər büdcənin düşünüldüyü tək ünvan “Kontakt” digər yüzlərlə seçimləri ilə yolunuzu gözləyir. Aprelin 14-dək davam edəcək fürsətlərdən vaxtında yararlanmaq üçün şəbəkənin ünvanlarına baş çəkə və ya kontakt.az saytından istifadə edə bilərsiniz. “Kontakt” bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir!