"Meyxanaçılar uşaqlarımızın dinini, tərbiyəsini pozur"

"Meyxanaçılar uşaqlarımızın dinini, tərbiyəsini pozur"
646 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb. O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər:

"Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər".