Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi

Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi
4325 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova uzun müddətdir qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanla bağlı paylaşımı ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, sənətçi həmkarının yaxın günlərdə konsert verəcəyini yazaraq, onun ünvanına təriflər yağdırıb. Elnarə Röyaya uğurlar arzulayaraq, dəstək olub. 

Qeyd edək ki, "W-trio" qrupunun keçmiş solistləri uzun müddət qalmaqal yaşayıb. Son günlər isə E.Xəlilova Röya ilə bağlı qalmaqallı açıqlamaları ilə diqqət çəkib. Röya isə onun ünvanına "İnstaqramını mənə həsr edib" sözlərini söyləmişdi.