İftar süfrəsi üçün dadlı reseptlər

İftar süfrəsi üçün dadlı reseptlər
886 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az İftar menyusunu təqdim edir:

Pendirli əriştə şorbası

Ərzaqlar:
Süd - 2,5 st.
Yumurta - 3 ədəd
Duru pendir - 3 st.
Kərə yağı - 1 x/q.
Ət bulyonu
Duz zövqə görə
Un apardığı qədər
Soğan - 1 ədəd

Hazırlanması:
Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasında doğra. Kənarda soğanı xırda doğrayıb, yağda qızart. Üzərinə ət suyunu və duzu əlavə edib, qaynayana qədər vam odda saxla. Sonra qarışdıra-qarışdıra əriştələri əlavə et. Sonda qalan pendiri əlavə edib, qarışdır və bir dəfə qaynadıb süfrəyə ver.

Kartoflu küftə

Ərzaqlar:

4-5 ədəd kartof
2 ədəd pomidor

Küftə üçün:
300 qr. qiymə
1 ədəd rəndələnmiş soğan
1 ədəd yumurta
duz, istiot, qırmızı istiot, suxarı unu, istədiyiniz qədər cəfəri

Üzəri üçün:
Holland pendiri
Tomatlı su

Hazırlanması:
Küftə üçün olan ərzaqları bir qaba töküb qarışdırın. Kiçik küftələr düzəldilib, soyuducuya qoyulur. Kartofları təmizləyib 3-4 dilimə ayırın. Duzlayıb, azca yağda qızardın. Küftələri də soyuducudan çıxarıb, qızardım, yağını çəkməsi üçün kağız salfetin üstünə düzün. Yemeyi hazırlayacağınız qaba 1 kartofu qoyub, üzərinə küftəni və 1 dilim pomidoru qoyun. Ən üstə bir dilim kartof əlavə edin. Tavaya bütün ərzaqları bu qaydada düzün. Sonda üstünə tomatlı su tökülüb, kartoflar bişənə qədər odda saxlanılır. Sonda üzərinə bir dilim holland pendiri qoyulur. 

Kremli peçenye

Ərzaq:
Yağ - 150 qr.
Un - 3,5 stəkan
Qatıq - 3 xörək qaşığı
Qabartma tozu - 50 qr.

Krem üçün:
Süd - 1,5 stəkan
Un - 3 xörək qaşığı
Şəkər tozu - 5 xörək qaşığı
Yumurta sarısı - 1 ədəd
Kivi - 5 ədəd
Vanil

Hazırlanması:
Krem:
 Süd, un, vanil, şəkər tozu və yumurta sarısını bir qabda qarışdırıb, sobada qatılaşana qədər bişirin. Hazır olandan sonra soyumaq üçün soyuducuya yerləşdirin.
Xəmir: Yağı əridib, soyudun. Una qabartma tozu qatıb, ələyin. Üzərinə qatıq və əridilmiş yağı əlavə edib, yoğurun. Xəmir hazır olduqdan sonra onu 1 saat saxlayın. Xəmirdən qoz böyüklüyündə kündələr düzəldib, əlinizlə yastıladın. Ortasına kremdən bir az qoyub, üzərinə fındıq səpib, bükün və sobada bişirin. Peçenyelər hazır olduqdan sonra kənarını kiçik kəsib, içərisinə uzunsov doğranmış kivi qoyun. Üzərinə qənd kirşanı səpib, süfrəyə verin.