İftar süfrəsi üçün fərqli reseptlər

İftar süfrəsi üçün fərqli reseptlər
1762 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "İftar menyusu"nu təqdim edir:

Mantı şorbası

Ərzaqlar:

Xəmiri üçün:
3-3,5 stəkan un
1 yumurta
1 stəkan su
1 çay qaşığı duz

İç üçün:
300 qram qiymə 
1 soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Bişirmək:
1 stəkan qaynadılmış noxud
1 orta boy soğan
2 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
3 xörək qaşığı yağ
4 stəkan su
1 çay qaşığı duz
1 çay qaşığı quru nanə
1 çay qaşığı qara bibər
1 çay qaşığı çili bibəri

Hazırlanması:

Xəmir üçün sudan başqa bütün ərzaqları bir qaba qoyun. Az-az su əlavə edib yoğurun. Əlinizə yapışmayan bir xəmir alın. İçi üçün soğanı rəndələyin, duz, istiot və əti atıb qarışdırın. Xəmiri iki hissəyə ayırıb, yayıb,, kəsib, içərisinə ət qoyub, balaca düşbərə formasında formalar hazırlayın. Kənarda qazanda soğan və sarımsağı yağda qovurun. Sonra tomat pastasını əlavə edib qovurun. Qaynar su əlavə edib qaynamağa buraxın. Qaynayanda içərisinə mantıları tökün. Sonda duz və istiot əlavə edin. Süfrəyə verərkən üzərinə nanə qurusu əlavə edin. 

"Orman kababı"

Ərzaqlar:

500 qram mal əti 
2 orta boy soğan
2 yerkökü
2 kartof
1 xörək qaşığı tomat pastası
2 xörək qaşığı un
3 xörək qaşığı zeytun yağı
1 stəkan yaşıl noxud (konservləşdirilmiş)
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı kəklikotu
1/4 çay stəkan zeytun yağı (kəklikotunu qovurmaq üçün)

Hazırlanması:

Kub şəklində doğranmış əti 1 xörək qaşığı zeytun yağı və 2 xörək qaşığı unla qarışdırın. Qalan 2 xörək qaşığı zeytun yağını qazanda qızdırın, əti əlavə edib qovurun. Ət suyunu çəkəndən sonra boşqaba qoyun. İri doğradığınız soğanları eyni qazanda qovurun. Bu mərhələdə istəsəniz bir az da zeytun yağı əlavə edə bilərsiniz. Sonra doğranmış yerkökü əlavə edin və qovurmağa davam edin. Sonda kartofu əlavə edib qovurun. Tərkiblər qovrulduqdan sonra ət, 1 xörək qaşığı tomat pastası və 1 xörək qaşığı kərə yağı əlavə edib bişirin. Üzərini örtəcək qədər qaynar su əlavə etdikdən sonra duz və istiot əlavə edib ət yumşalana qədər odda saxlayın. Ət yumşaq olduqdan sonra noxudu əlavə edin. Qalan 1 xörək qaşığı kərə yağında bol kəklikotu qızardın və yeməyin üzərinə tökün.

Mannılı şirniyyat

Ərzaqlar:

Xəmiri üçün:
2,5 stəkan mannı yarması
1 stəkan şəkər tozu
1 stəkan (2 barmaq əskik) süd
1 çay qaşığı soda

Şərbəti üçün:
1,5 stəkan su
2 stəkan şəkər tozu
1 dilim limon

Üzəri üçün:
1 çay qaşığı bəhməz
2 xörək qaşığı su

1/2 ovuc duzsuz fıstıq

Hazırlanması:

Əvvəlcə dərin bir qabda şəkər, mannı, süd və soda töküb qarışdırın. Qarışığı hazırladıqdan sonra bir müddət kənarda saxlayın. Mannı şişəcək və şirniyyat daha dadlı alınacaq. Sobaya qoyacağınız qabı yağlayıb, qarışığı tökün. Sobaya qoymadan əvvəl dilimləyin. Üzərinə bəhməz-su qarışığı yayıb, hər dilimin ortasına zolaq şəklində fıstıq düzün. Xəmir bişərkən şərbət hazırlayın. Kiçik bir qazana şəkər, su və limon dilimini qoyub qaynadın. Qaynadıqdan sonra 10 dəqiqə daha az odda bişirin. Bu şirniyyatda həm şərbət, həm də desert isti olmalıdır. Şirniyyatı sobadan çıxardıb, yenidən doğrayıb, daha 10 dəqiqə sobada saxlayın. Sonra götürüb şərbətini tökün.