Hava tozlu olacaq

Hava tozlu olacaq
282 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova Axşam.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

Peyk görüntülərinə əsasən, tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.