"Babam və atam şamaxılıdır" - Stas Mixaylov

"Babam və atam şamaxılıdır" - Stas Mixaylov
1139 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Almaz Ələsgərova “Rossiya 1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Привет, Андрей!” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, verilişdə Rusiyanın Xalq artisti Stas Mixaylov açıqlaması ilə diqqət çəkib. Aparıcı Andrey Malaxov ondan “Sizin də  ailənizdə azərbaycanlı olanlar var?" deyə, soruşub.

Mixaylov cavabında babasının və atasının Şamaxı şəhərindən olduğunu vurğulayıb.

Qeyd edək ki, verilişin buraxılışı S.Mixaylovun 55 illik yubileyinə həsr olunub. Proqram da müğənni Emil Heydərov da qonaq olub.