Lyubov Qutorovanın "Fashion model school" agentliyinin modeli Cema Hüseynova su pərisi obrazını canlandırıb.
Axşam.az-ın məlumatına görə, model "Lider" telekanalında yayımlanan "Stil" verilişinin rubrikası üçün bu obraza bürünüb.
Nağıl obrazını yaratmağa görə modelin üzərində rəssam-vizajist Nərmin İbrahimova işləyib.
Qeyd edək ki, Samirə Rüstəmovanın təqdim etdiyi "Stil" verilişində bundan sonra da modelləri qeyri-adi obrazlarda görə biləcəyik.
1news.az