“Eurovision 2012” seçim turlarının içtirakçılarından olan, gənc müğənni Fəqan mahnı axtarışına çıxıb.
Müğənni Axşam.az saytına açıqlamasında məşhur bəstəkarlarla yanaşı, gənclərə də üstünlük verdiyini bildirib:
“Bəstəkar Nailə Mirməmmədlidən və Murad Arifdən yeni mahnılar almışam. Murad Arifin bəstəsi “Xəstə” adlanır. Yaxın günlərdə hər iki mahnını təqdim edəcəyəm. İnanıram ki, mahnılarım bu yazın hiti olacaq. Eyni zamanda gənc, tanınmamış bəstəkarlardan da mahnılar alacam. Mənim üçün önəmli mahnının müəllifi deyil, məzmunudur”.