İlhamə Quliyevanın oğlu itkin düşüb - Video

İlhamə Quliyevanın oğlu itkin düşüb - Video
3401 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov itkin düşüb.

Axşam.az xəbər verir ki, bu barədə “Səni axtarıram” proqramında Orxanın doğma anası Lalə xanım məlumat verib. O, sonuncu dəfə 2023-cü ilin sentyabrında övladı ilə danışdığını bildirib:

"Biz bərabər yaşayırdıq. Keçən ilin iyunundan Türkiyəyə getdi. Pandemiyadən Ukraynada yaşayırdı. Avqustun sonları telefonla danışanda dedi ki, Moskvaya gedir. Bir az tərəddüd etdim ki, Moskvada vəziyyət yaxşı deyil, sən Ukraynada olmusan. Bir az belə şeylərdən danışdıq. İstəmirdim getsin. Dedi, burada nə var ki? Getdi, bir ay hər gün mütəmadi olaraq görüntülü zənglə danışırdıq. Sonuncu dəfə sentyabrın 22-də danışmışıq. Dedi ki, sabah Türkiyəyə uçur, bileti də var idi. Sonra isə heç bir xəbər gəlmədi".

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişdikdən sonra ögey bacıları Orxana mirasdan pay verməyib. O, eyni zamanda həyat yoldaşından ayrılıb. Orxanın bir övladı var.