Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarıldı

Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarıldı
788 dəfə oxunub
  • A-
  • A
  • A+

Albert Eynşteynin ABŞ-ın o vaxtkı prezidenti Franklin Ruzveltə yazdığı iki səhifəlik məktubu hərraca çıxarılıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Lotun başlanğıc qiyməti 4 milyon dollardır.

Məktubda fizik prezidenti Almaniya hökumətinin nüvə tədqiqatlarını fəal şəkildə dəstəklədiyi barədə xəbərdarlıq edib.

Alimin prezidentə göndərdiyi məktub Nyu-Yorkun Hayd Parkındakı Ruzvelt Prezident Kitabxanası və Muzeyində saxlanılır. Ancaq qısa və imzalanmış olan ikinci versiyası mərhum "Microsoft" həmtəsisçisi Paul Allendən miras olaraq auksiona çıxarılıb.