Babək Niftəliyev 31 il sonra arzusuna çatdı

Babək Niftəliyev 31 il sonra arzusuna çatdı
2637 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Babək Niftəliyev "Xəzər axşamı" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, 39 yaşlı sənətçi bu il Qurban bayramını öz doğma yurdunda, Kəlbəcərdə qeyd etdiyini bildirib:

"Artıq qarabağlı günlərimiz başlayıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şükür olsun ki, bayramlarımızı artıq ürəklə qeyd edirik. Arzumuz var idi ki, Qarabağımızda qurban kəsək. Atam, anam və qardaşımla necə oradan gəlmişdiksə, elə də qayıtdıq. Kəlbəcərdə öz həyətimizdə qurbanımızı kəsdik. Allah səsimizi eşitdi. Düzdür, yurd-yuvamız viran olub. Daşı daş üstündə də qoymayıblar ki, heç olmasa bünövrəsi qalsın".

Qeyd edək ki, Babək Niftəliyev Kəlbəcərdən çıxarkən 8 yaşı olub.