Rus blogerin əri axtarışa verildi

Rus blogerin əri axtarışa verildi
431 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı bloger Yelena Blinovskayanın həyat yoldaşı Alekseyi axtarışa verib.

Axşam.az xəbər verir ki, buna səbəb onun vergidən yayınma işi üzrə müstəntiqin qarşısına çıxmaması olub. O, işlə tanış olmaq üçün təyin olunan gün orada olmalı idi. 

Qeyd edək ki, Yelena və Aleksey 1,4 milyard rubl məbləğində vergidən yayınmaqda ittiham olunurlar.