Əlixan Səmədovdan “Balaban 8”

Əlixan Səmədovdan “Balaban 8”
683 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı balaban ifaçısı Əlixan Səmədov yeni albomunu təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Balaban 8” adlanan albomun təqdimatı qardaş ölkədə baş tutub.

Üzərində “The land of fire: Music of Azerbaijan” sözləri yazılan albom Dünya Musiqi şirkəti tərəfindən hazırlanıb. 2 CD-nin yer aldığı albomda xalq artisti Brilliant Dadaşova, müğənni Miri Yusif, Ehtiram Hüseynov, Deniz Arcaq kimi müğənnilərin də ifaları yer alıb. Türkiyədən sonra albom bir neçə əcnəbi ölkədə də satışa çıxarılacaq.

Albomun təqdimat mərasimində müğənni İradə İbrahimova, aktrisa Məlahət Abbasova və bir çox məşhurlar iştirak edib.