Mişel Obama "Vogue" jurnalında (Foto)

Mişel Obama "Vogue" jurnalında (Foto)
1974 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın birinci xanımı Mişel Obama məşhur "Vogue" jurnalına müsahibə verib.

Axşam.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, prezident Obamanın xanımı, ailəsi haqqında səmimi açıqlamalar edib:

"Bizim əsas işimiz övladlarımızı hər cəhətdən təmin etməkdir. Kiçik uşaqlarımız var və onlar gün keçdikcə böyüyürlər. Çalışırıq ki, ailəmiz həmişə biryerdə olsun”.

"İyirmi illik evlilik dönəminizdə həyat yoldaşınızdan nə öyrəndiniz?" sualına isə xanım Obama belə cavab verib:

"Mən ona səbri və sakitliyi öyrətdim. Əvəzində keşməkeşli yollardan necə keçmə bacarığına yiyələndim. Yeniliyə qarşı dirənməkdənsə, geri addım atmaq və dəyişiklikləri qəbul etmək lazımdır. O zaman həyatınız daha əyləncəli və gözlənilməz olar".

İlahə Cəbrayılova